Futbolçu “qırmızı vərəqə”yə görə hakimi öldürdü

  • By admin
  • 08 Noyabr 2016 07:53

9170ece4f32ada8bd5d8e5669f1c1118

Meksikada futbol matçında qətl hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Sun” qəzeti məlumat verib.

İnsident Meksikanın Tulansinqo şəhərində, həvəskar futbol liqasının oyununda qeydə alınıb.

Matçın hakimi Viktor Trexo futbolçu Ruben Rivera Vaskesə qırmızı vərəqə göstərib. Buna cavab olaraq Vaskes hakimə başı ilə zərbə endirib. V.Trexo aldığı zərbədən hadisə yerində keçinib.

Futbolçunun hadisə yerindən qaçdığı bildirilir.

Gununsesi.info