Uqandada futbol komandası və azarkeşləri daşıyan gəmi qəzaya uğrayıb.
Gununsesi.info BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30 nəfər suda boğularaq ölüb.
Gəmidə 45 nəfər olub, onlardan yalnız 15-i xilas edilib.
Məlumata görə, idmançılar və azarkeşlər Milad bayramı ilə əlaqədar futbol matçına yollanırmış.
Gununsesi.info