
Bakı-Quba yolunda avtomobil yanıb. Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.
Gununsesi.info xəbər verir ki, məşqçi Zöhrab Mahmudov bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.
Klubdan isə bildirilib ki, avtobus kluba məxsus deyil: “Avtobus bizə məxsus deyil. Sadəcə bizim rayonlardakı filialın futbolçuları Bakıya oyun üçün gəlirmişlər və bu hadisə baş verib. Hazırda rəhbərlik bu işlə maraqlanır”.
https://www.youtube.com/watch?v=snQwZONTAmY
Gununsesi.info