Futbolçuların olduğu qatarda təcavüz qalmaqalı- 19 YAŞLI QIZI ZORLADILAR

Futbolçuların olduğu qatarda təcavüz qalmaqalı

Almaniyada qatarda təcavüz hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Münhendən “Bavariya” ilə oyundan qayıdan Mönhenqladbax “Borussiya”sının futbolçularının da olduğu qatarda bir qıza təcavüz edilib. Bu səbəbdən qatardakı bütün sərnişinlər polis nəzarətinə götürülüb.

Bonn şəhərindən olan 19 yaşlı qız polisə təcavüzlə bağlı məlumat verib. “Flörsheim am Main” stansiyasında qatar saxlanılıb. Yerli polis əməkdaşları qatar Mönhenqladbaxa çatana kimi bütün sərnişinləri yoxlayıb. Daha sonra hamının şəxsiyyəti təsdiq edən sənədi toplanıb və hadisənin baş verdiyi qatarda polis araşdırma aparıb.

Bir nəfər şübhəli qismində saxlanılsa da, polis əlavə məlumat verməyib.

Gununsesi.info

COMMENTS