Futbolçumuz Albaniya klubu ilə müqavilə imzaladı

  • By admin
  • 15 Avqust 2017 22:17

raufff

Azərbaycan futbolçusu Rauf Əliyev karyerasını Albaniyada davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, hücumçu “Kukesi” klubu ilə müqavilə imzalayıb.

Yay fasiləsində fəal olan Albaniya təmsilçisi daha iki oyunçusununun təqdimat mərasimini keçirib. Onlardan biri Azərbaycan millisinin sabiq hücumçusu olub.

Qeyd edək ki, R.Əliyev Albaniyada çıxış edən ilk futbolçumuz olacaq.

Gununsesi.info