Futbolçunu döyən klub prezidenti ömürlük cəza aldı - FOTOLAR

  • By admin
  • 22 Dekabr 2017 11:44

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən “Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, səbəb onun komandanın futbolçusu Mertcan Çamı döyməsidir.

PFDK bu davranışına görə E.Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. Cəzanın müddəti 3 ildən çox olduğu üçün klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.

Habelə, “Şanlıurfaspor” rəsmisi Mehmet Gəray Küçük eyni əsasla 1 illik cəzalanıb. O, həmçinin 60 min lirə cərimə ödəyəcək. Klubun digər işçisi Mustafa Müsri isə idmana zidd olan hərəkətə yol verdiyi üçün 30 günlük cəza alıb.

Gununsesi.info