Avropa mətbuatı “Ankaragücü” futbol klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Melərə hücumu ilə bağlı xəbəri manşetlərindən verib. Qəzetlər “Dünyanı silkələyən qalmaqallı hücum”, “Klub prezidenti hakimi döydü”, “Yaralı hakimi polis meydandan uzaqlaşdırdı” başlıqları ilə hadisəni oxucularına çatdırıb.
Gununsesi.info xəbər verir ki, Ankarada keçirilən “Ankaragücü” – “Rizespor” liqa matçından sonra “Ankaragücü”nün prezidenti Faruk Kocanın matçın baş hakimi Halil Umut Melerə hücumu Avropada böyük əks-səda doğurub. Avropa mətbuatı hadisəni oxucularına “son xəbər” kimi elan edib. Almaniya, İsveçrə, İspaniya, İtaliya və Avstriyada hadisə ilə bağlı xəbərlər “Təcili” xəbər kimi yayılıb.
Avropada qəzet və internet saytları hadisəni “Türkiyədə inanılmaz, iyrənc hadisə”, “Klub prezidenti hakimi döyərək yerə yıxdı”, “Ankaragücü prezidenti matç heç-heçə bitdikdən sonra hakimə hücum etdi”, “Dünya -Matçın ardından sarsıdıcı şiddət və hakimə hücum”, ‘Türkiyədə qalmaqal, hakimə yumruq hücumu” xəbərlərinə on minlərlə adam şərh yazıb.
Hadisənin görüntüləri və hücumun fotoşəkilləri də xəbərlərdə yer alıb. Almaniyanın “Bild” qəzeti hadisəni “Klub prezidenti hakimi döydü” başlığı ilə oxucularına açıqlayıb və xəbərlərində hücuma reaksiyalara yer verib. “Bild” həmçinin bildirib ki, baş hakim Halil Umut Meler Çempionlar Liqasının oyunlarını idarə edən hakimdir.
İdman mediası bu hadisənin Avropada böyük əks-səda doğuracağını yazıb və hakimin müalicə olunaraq polisin mühafizəsi altında meydandan çıxarılaraq xəstəxanaya aparıldığını vurğulayıb.
Gununsesi.info