Futbolda beyin sarsıntısı keçirən oyunçular üçün çəhrayı kart göstəriləcək.
Gununsesi.info İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası təsdiqləyib.
Bildirilib ki, beyin sarsıntısı keçirən və ya ciddi zədə aldığı düşünülən oyunçular matça qayıda bilməyəcək. Bu halda futbolçu həkimlər tərəfindən yalnız paltardəyişmə otağına aparılacaq.
CONMEBOL bu qərarın ilk dəfə Amerika Kubokunda tətbiq ediləcəyini bildirib.
Gununsesi.info