Futzal millimiz son oyunlar üçün hazırlıqlara başladı – HEYƏT

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq

 Gununsesi.info xəbər verir ki, Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

HTML tutorial

Aprelin 5-dək Bakıda məşq edəcək millimiz aprelin 6-dan 10-dək hazırlığını Slovakiyanın Levitse şəhərində davam etdirəcək. Slovakiya yığması ilə qarşılaşmanın ertəsi gün Bakıya dönəcək komandamız Yunanıstanla qarşılaşmaya hazırlaşacaq.

Bu heyətlə millimiz məşqlərə başlayıb:

N AD VƏ SOYAD KLUB
1 Rövşən Hüseynli Araz-Naxçıvan
2 Emin Kürdov EKOL
3 Cavad Məmmədov Neftçi İK
4 Xətai Bağırov Araz-Naxçıvan
5 Rizvan Fərzəliyev Araz-Naxçıvan
6 Fineo De Araujo Araz-Naxçıvan
7 Hadi Ahmadi Araz-Naxçıvan
8 Amir Şojaei Araz-Naxçıvan
9 Ramiz Çovdarov Araz-Naxçıvan
10 Tofiq Mikayılov EKOL
11 Samir Həmzəyev EKOL
12 Oktay Rüstəmli Neftçi İK
13 İsa Atayev Araz-Naxçıvan
14 Tyago Teles Martins FC Salines Tuzla (Bosniya və Herseqovina)
15 Eduardo Borqes ACCSS FUTSAL (Fransa)
16 Everton Kardozo Levante (İspaniya)

Qeyd edək ki, millimiz 2022-ci ilin əvvəllərində Niderlandda keçiriləcək Avropa çempionatına vəsiqəni artıq təmin edib.

Gununsesi.info