Xəbər verildiyi kimi Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Tədbirdə həmçinin, 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Onlar arasında Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da var.
Məhz onun sayəsində bu sahədə ciddi uğurlar qazanılıb. Dünyanın müxtəlif ölkələrindəki qazanılan qələbələrdə onun xidmətləri danılmazdır. Özəlliklə Federasiyadakılara diqqət və qayğısı komandanın bütün üzvləri tərəfindən hər zaman məmnunluqla qarşılanıb.
Zaur Axundov ölkə başçısı tərəfindən mükafatlandırılmasını Prezidentin həm də Futzala olan münasibəti kimi dəyərləndirib: “Bu, işimizə verilən qiymətdir və məsuliyyətimizi də artırmış oldu”.
Gununsesi.info olaraq biz də Zaur Axundovu Prezident tərəfindən mükafatlandırılması münasibəti ilə təbrik edir, yeni nailiyyətlər arzu edirik.