Futzal turniri keçiriləcək

  • By admin
  • 23 May 2017 16:27

13

Mayın 24-dən 27-dək “Olimpik Star” İdman Kompleksində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən eşitməqüsurlu əlillər arasında “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş futzal turniri keçiriləcək.

AFFA-dan Gununsesi.info-ya verilən məlumata görə, turnirdə 6 komanda – “Şimşək”, “Birlik”, “Zirvə”, “Ümid”, “Bakı”, “Azəri” – mübarizə aparacaq.

Qeyd edək ki, mayın 24-də, saat 10:30-da turnirin açılış mərasimi, saat 11:00-da isə “Şimşək” və “Birlik” komandaları arasında ilk oyunu keçiriləcək.

Anar

Gununsesi.info