Futzal üzrə milli komandamızın Avro-2018-də rəqibləri məlum oldu

  • By admin
  • 29 Sentyabr 2017 14:52

ea6d70c1-c70c-40e8-bfb6-fbccbc9e802f_292

Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Gununsesi.info-nun məlumata görə, püşk nəticəsində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Alesio da Silvanın baş məşqçi olduğu komanda İspaniya və Fransa ilə birgə D qrupuna düşüb.

Püşkatmanın nəticələri:

A qrupu: Sloveniya, İtaliya, Serbiya,

B qrupu: Rusiya, Qazaxıstan, Polşa

C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya

D qrupu: İspaniya, AZƏRBAYCAN, Fransa

Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edib.

Gununsesi.info