Füzuli aeroportuna müntəzəm aviareyslər açılacaq

  • By admin
  • 18 Yanvar 2022 14:01

Füzuli beynəlxalq hava limanına müntəzəm aviareyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.

Gununsesi.info xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

“Bu gün həmin hava limanına müntəzəm aviareyslər həyata keçirilmir. Füzuli beynəlxalq hava limanı müntəzəm reyslərin qəbuluna başlayandan sonra avtobusların hərəkətinin aviareyslərə uyğun uzlaşdırılması təmin olunacaq”, – deyə o bildirib.

Gununsesi.info