Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var

  • By ilhame
  • 19 İyun 2024 21:22

Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

 

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

 

Araşdırma aparılır.

Gununsesi.info