
Gununsesi.info Turkustan.info-ya istisnadən bildirir ki, Dünya Azərbaycanlıları İttifaqının (DAİ) dəstəyi ilə oktyabrın 18-də milli müstəqillik aktımızın qəbul olunduğu gün Dünya Azərbaycanlıları Assambleyasının(DAA) təqdimat (presentation) mərasimi Almaniyanın Köln şəhərində keçiriləcək.
Bu barədə Turkustan.info saytına İttifaqın qurucularından olan Rəşad Xasayoğlu məlumat verib.
Bu qərar DAİ-nin prezidenti Füzuli Məmmədovla (Frenk Elkaponi) Milanda keçirilən görüş zamanı verilib.
DAA-nın gələcək fəaliyyəti və ümumilikdə məqsədləri ilə bağlı həmvətənlilərimizə məlumat veriləcək.
Gununsesi.info