Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gununsesi.info-ya verilən məlumata görə, rayonun Alıxanlı kəndində 1 əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF-26, 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə olaraq 300 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik aprelin 7-dən sentyabrın 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 482 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.
Anar
Gununsesi.info