Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində xəstəxanada yanğın olub

  • By admin
  • 19 Fevral 2017 14:32

fhn-yangin-sonduren

 

Palatada 1 ədəd yataq dəsti yanıb, 1 ədəd plastik qapı əriyib

Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 1400 m2 olan birmərtəbəli xəstəxanada, sahəsi 20 m2 olan palatanın içərisində 1 ədəd yataq dəsti yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.

Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info