
Füzulidə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Böyük Bəhmənli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə və evə bitişik ümumi sahəsi 110 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Evin və köməkçi tikilinin qaqlqn hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info