Füzulidə mülki şəxs minaya düşüb.
Gununsesi.info Report-a istinadla xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info