Füzulidə daha bir kütləvi məzarlığın olduğu ehtimal edilir

  • By admin
  • 17 Sentyabr 2023 16:48

“İşğaldan azad edilmiş ərazilərdə mina problemi kütləvi məzarlıqların aşkar edilməsinə maneəçilik törədir”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edilir. Ermənilər kütləvi məzarlıqların yerlərini verməkdən imtina edir.

Gununsesi.info