Füzulidə ferma yanıb

  • By admin
  • 05 Aprel 2017 07:08

ev yandi

Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Horadiz şəhərində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 30 m2 olan vaqon tipli otaqda baş verib.

Nəticədə otağın taxta üzlüyü və içərisində olan 1 ədəd yataq dəsti yanıb. Ferma yanğından mühafizə olunub.

Gununsesi.info