Füzulidə yanğın: Tikili yandı

  • By admin
  • 18 Sentyabr 2016 19:09

download-6

 

Füzuli rayonunda yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin qamışdan ibarət tavanı 8 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info