Füzuliyə dönən ailələrin sevinci… - Video

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdışla bağlı reportaj hazırlayıb. 

Gununsesi.info xəbər verir ki, reportajda füzulililərin Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb.

“Füzulidən 11 yaşımda çıxmışam, məcburi köçkün olmuşuq. İndi də Füzuliyə qayıdırıq”, – sakinlərdən biri deyib.

“Füzuliyə geri dönürük. Çox həyəcanlı və sevincliyik. İnşallah bütün Füzuli camaatı mənim ailəm kimi öz yurduna dönəcək”, – digər sakin deyib.

Reportajda ailələrin öz mənzilləri ilə tanışlığı da yer alıb.

Həmin görüntüləri təqdim edirik: