Gədəbəydə 20 yaşlı qadın dərmandan zəhərlənib

Gədəbəydə 20 yaşlı qadın dərmandan zəhərlənib


Gədəbəy rayonunda psixoloji problemləri olan qadın dərmandan zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə İnəkboğan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Abbasova istifadə etdiyi həbləri həddindən artıq çox qəbul etdiyindən zəhərlənib. Ağır halda xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib. Onun vəziyyəti orta ağırdır.

Yaxınları qadının psixoloji problemlərinin olduğunu və bu səbəbdən əsəbə qarşı dərman preparatlarını normadan artıq qəbul etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS