
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Belə ki, rayon sakini Yaşar Məmmədovun idarə etdiyi “Zil” markal yük avtomobili Nazim Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Gədəbəy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin də orta ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəyalə Xanəliqızı
Gununsesi.info