
Atasını və anasını bıçaqla qətlə yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məsimov tutulub.
Anar
Gununsesi.info