Gədəbəydə avtomobil oğurlayanlar tutulub

  • By admin
  • 19 Avqust 2017 11:34

qandal

Gədəbəy rayon sakininin avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 17-də rayon sakini Əkbər Əhmədovun “VAZ-2104” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Slavyanka kənd sakini Ədalət Rzayev və Samux rayon sakini İsa İsayev tutulublar.

Anar

Gununsesi.info