
Gədəbəydə bazarda satıcılar arasında dava olub.
Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.
Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Mehman Qələndər oğlu Bayramov döş qəfəsindən bıçaqlanıb.
M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info