Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verdi

  • By admin
  • 16 Sentyabr 2016 10:00

yollllllllllllllllllllllllllllllllll

Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HTML tutorial

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, rayonun Gərgər kəndi ərazisində “İsuzu” markalı yük avtomobili ilə “VAZ-2106” toqquşub.

Nəticədə VAZ-da olan sərnişin, 1984-cü il təvəllüdlü Rafiq Cəfərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info