Gədəbəydə ev əşyalarla birlikdə yandı

  • By admin
  • 17 Aprel 2017 09:02

ev_yandi

Gədəbəy rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun İnəkboğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info