Gədəbəydə ev yandı

Gədəbəydə ev yandı

IMG_3426

Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ümumi sahəsi 520 m2 olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 150 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info

COMMENTS