Gədəbəydə inzibati həbs olunanlar ac saxlanılır? - DİN-dən AÇIQLAMA

  • By admin
  • 23 İyun 2023 10:27

Gədəbəyin Söyüdlü kəndində polislə qarşıdurmaya görə inzibati qaydada hıbs edilən kənd sakinləri ac saxlanılır.

Bu barədə Gununsesi.info-ya həbs edilən şəxslərin ailə üzvləri deyib.

Onların sözlərinə görə, həbsdəki yaxınları üçün siqaret və geyim də verilməsinin qarşısı alınıb.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında DİN-nin Şöbə rəisi Elşad Hacıyev iddiaları təkzib edib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində  gün ərzində 3 dəfə qida verilir: “Orada saxlanılan hər kəsin qida təminatı var. Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqələri ən müasir tələblərə cavab verir”.

 

Elmar

Gununsesi.info