Gədəbəy rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 25-də rayon ərazisindəki evlərdən birindən 5100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Akif Orucov tutulub.
Anar
Gununsesi.info