Gədəbəydə üç nəfər avtomobil qəzasında xəsarət alıb

  • By ilhame
  • 10 Noyabr 2023 21:58

Gədəbəy şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, avtomobil qəzası nəticəsində Gədəbəy rayon sakinləri, 2007-ci il təvəllüdlü A.Həsənov, 2008-ci il təvəllüdlü E.Qarayev və 2002-ci il təvəllüdlü Q.Qədirov xəsarət alıb.

Onlardan A.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info