Gədəbəydə yol qəzası: xəsarət alanlar var

Gədəbəy rayonunda kiçik tutumlu yük maşını idarəetmədən çıxaraq aşıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı kiçik tutumlu yük avtomobilinin əylənc sistemində nasazlıq yarandığından nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb.

HTML tutorial

Hadisə nəticəsində Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü sürücü R.Bağırov və sərnişin olan daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info