Gədəbəydəki istirahət mərkəzində meyit tapıldı

Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib.

İlkin məlumata görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Ölümün səbəbləri araşdırılır.

Gununsesi.info