Gələcək 15 ildə dünya əhalisinin üçdə biri artıq çəki problemi ilə üzləşəcək

  • By admin
  • 26 Sentyabr 2016 19:43

download-2

 

Dünya əhalisinin üçdə biri 2030-cu ilə qədər artıq çəki problemi ilə üzləşə bilər.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.

Təşkilatdan qeyri-sağlam və yetərsiz qidalanmanın dünyada hər üç insandan birinə təsir etdiyi, beş yaşa qədər uşaqların inkişafını əngəllədiyi bildirilib.

Hesabatda hazırda dünyada 2 milyard insanın sağlam ömür yaşaması üçün lazım olan vitamin və mineralları ala bilmədiyi açıqlanıb.

Qeyd olunub ki, dünyada hələ də 800 milyon insan aclıqla üz-üzədir. Gələcək 20 ildə əhalinin sayı artıqca daha da pis nəticənin gözlənildiyi, 2050-ci ilə qədər Asiya və Afrikada 2 milyard insanı ərzaqla təmin etməyin vacibliyi vurğulanıb.

 

Gununsesi.info