Gələn görüş Şuşa “Zirvə”sində olacaq -Fotolar

  • By ilhame
  • 10 İyun 2024 21:03

Xəbər verdiyimiz kimi, iyunun 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

 

Gununsesi.info-nun məlumatına görə, təkbətək görüş zamanı Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.

 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü iyulda Şuşada keçiriləcək.

Gununsesi.info