Gələn həftə temperatur aşağı enəcək - YAĞIŞ YAĞACAQ

  • By admin
  • 13 Avqust 2016 11:28

hava 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraİtinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

ETSN-nin Milli Hidrometereologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək. 

Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək. 

Gununsesi.info