Gələn il əmək haqqı 0,1 faiz artacaq

  • By Mayil
  • 17 Noyabr 2016 18:02

emek

Azərbaycanda gələn il orta aylıq əmək haqqının 2016-cı ilə illə müqayisədə real ifadədə 0,1% artaraq 508,4 manat olacağı proqnozlaşdırılır.

Gununsesi.info bunu İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.

İqtisadiyyat Nazirliyi 2017-ci ildə inflyasiyanın 7,3%, növbəti 3 ildə isə azalaraq 2020-ci ildə 3,5% olacağını proqnozlaşdırır.

Gələn il ölkədə ÜDM-in həcmi real iqtisadi artımı 1,0% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7% həcmində nəzərdə tutulur. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.

Gununsesi.info