Gələn il Azərbaycan büdcəsi 19 mlrd manat olacaq

  • By admin
  • 26 Sentyabr 2016 11:48
ziya
“Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 milyard manat olacaq”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
“Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq”, – deyə Z.Səmədzadə qeyd edib.
Gununsesi.info