Gələn il Azərbaycanda 3 ölkə nazirlərinin iştrakı ilə görüş keçiriləcək - ELMAR MƏMƏDYAROV

  • By admin
  • 03 Dekabr 2016 13:40

elmar

2017-ci ildə Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər və energetika nazirlərin görüşü keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov deyib.

E. Məmmədyarov bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistana arasında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub: “Gələn ilin əvvəllərində enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Ancaq bu görüşlər görüş xətrinə olmamalı, konkret nəticəsi olmalıdır”.

Nazir əlavə edib ki, əvvəlcə energetika nazirlərinin daha sonra isə XİN rəhbərləri görüşəcəklər: “Bu dəfə Azərbaycan görüşə ev sahibliyi edəcək”.

E.Məmmədyarov onuda deyib ki, Türkiyə və Azərbaycan arasında ticarətlə bağlı 200-dən artıq sənəd imzalanıb. “Ancaq Çin, Rusiya, İran kimi üçüncü ölkələr də nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik”.

Mürtəza

Gununsesi.info