Gələn il azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsait açıqlandı

  • By admin
  • 25 Oktyabr 2022 11:15

2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunan ərazilərin bərpası və böyük qayıdış planının təsdiq edilməsi üçün 3,0 milyard manat ayrılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində belə göstərilir.

İşğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Gununsesi.info