Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

  • By admin
  • 27 Dekabr 2016 19:18

65e7ff94-d4c0-4939-ac8f-9bd67672985b_292

 

Gələn il dövlət büdcəsindən ümumi büdcənin 9,72%-i dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə aid ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanunda deyilir.

Məlumata görə, 2017-ci ilin büdcəsindən Maliyyə Nazirliyinə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı 1 641 799 723 manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində gəlirlər 16 255 mln. manat, büdcə xərcləri isə 16,9 mln. manat nəzərdə tutulub.

 

Gununsesi.info