Gələn il Hesablama Palatasına bu qədər pul xərclənəcək

Milli Məclis Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib.

 

Gununsesi.info -nun xəbərinə görə, gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq.

 

Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur.

 

Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur.

 

O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.

 

 

Gununsesi.info