2026-cı ildə Türk Dövlətlər Birliyinin iştirakı ilə I Türkoloji Qurultayın 100 illiyi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bunu “Kazinforma” müsahibəsi zamanı bildirib.
Qeyd edək ki, I Türkoloji Qurultayı 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay kimi tarixə düşüb.












