Gələn il iki ölkədə səfirliyimiz açılacaq

Azərbaycan gələn il iki ölkədə səfirlik təsis edəcək.

 

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

 

O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.

 

“Eyni zamanda, Oman sultanlığında diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, – nazir əlavə edib.

 

 

Gununsesi.info