Gələn il ödənişli təhsil 20 faiz bahalaşacaq -EKSPERT

  • By Mayil
  • 29 Sentyabr 2016 15:10
tehsil
Gununsesi.info xəbər verir ki, bu fikri iqtisadşı alim Qubad  İbadoğlu öz facebook səhifəsində 2017-ci il dövlət büdcəlayihəsinə mövqeyini açıqlayarən yazıb.
Onun sözlərinə görə, 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təshilin 20 faizə qədər bahalaşması planlaşdırılır:
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız  1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədəndaxilolmalardan  48 milyon manat artım proqnzlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq.
Gununsesi.info