Gələn il pensiyalar bu qədər artacaq - MƏBLƏĞ

  • By admin
  • 03 Noyabr 2017 18:45

Azərbaycanda 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə büdcə layihəsində məlumat yer alıb.

Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.

Layihəyə əsasən, əmək pensiyaçılarının 2018-ci ilin sonuna 1 304,1 min nəfər olacağı gözlənilir. 2017-ci ilin sonuna bu göstəricinin 1 311,0 min nəfər olması ehtimal olunur.

Qeyd edək ki, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə 3,1% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2017-ci ildə 13,2% gözlənilir.

Gununsesi.info