Gələn il pensiyalar nə qədər ARTACAQ?

Gələn il yaşa görə pensiya 450 manatın üzərində proqnozlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

HTML tutorial

Nazir bildirib ki, gələn il pensiyaların orta göstəricisinin ciddi şəkildə artımı, ümumilikdə pensiyaların 400 manatdan yüksək olması proqnozlaşdırılır.

Gununsesi.info